İrandan mühüm açıqlama: Hərbi əməliyyatlar dayandırıldı
İslamazeri.com xəbər verir ki, Xatəmul-Ənbiya Mərkəzi Qərargahı işğal altındakı ərazilərdə yerləşən sionist hədəflərə qarşı həyata keçirilən əməliyyatla bağlı mühüm açıqlama yayıb.
Xatəmul-Ənbiya Mərkəzi Qərargahı bildirib ki, ABŞ-ın dəstəklədiyi sionist İsrailin Livanın cənubuna və Beyrutun Dahiyə bölgəsinə yönəlmiş hücumlarına cavab olaraq İran Silahlı Qüvvələri düşmənə qarşı “ağrılı və sarsıdıcı” əməliyyat həyata keçirib.
Açıqlamada vurğulanıb ki, “sionist rejim və onun dəstəkçiləri bu cavabdan lazımi nəticəni çıxarmalıdırlar”. Həmçinin bildirilib ki, mövcud əməliyyatlar başa çatıb. Bununla yanaşı, İsrail təcavüzkar mövqeyini davam etdirəcəyi təqdirdə ona qarşı “daha sərt və daha dağıdıcı” cavab veriləcəyi barədə xəbərdarlıq edilib.