İrandan İsrailə cavab zərbəsi: Hayfadakı sənaye müəssisələri vuruldu
İslamazeri.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ–İsrail ittifaqına cavab olaraq Hayfadakı sənaye müəssisələrinə raket hücumu həyata keçirildiyini və enerji infrastrukturunun da hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi verdiyi açıqlamada İsrailə qarşı yeni raket hücumunun həyata keçirildiyini bildirib.
Açıqlamada, “ABŞ–İsrail düşməninin İrandakı neft-kimya müəssisələrindən birinə hücumuna cavab olaraq, Hayfadakı oxşar sənaye obyektləri hədəfə alınıb” ifadələri yer alıb.
İnqilab Keşikçilərinin Hava-Kosmik Qüvvələri tərəfindən həyata keçirildiyi bildirilən hücumun cavab əməliyyatının bir hissəsi olduğu qeyd edilib.
Hayfadakı sənaye obyektlərinin hədəf alındığı vurğulanaraq, əməliyyatın “İranın qanuni cavabı” olduğu bildirilib.
Açıqlamanın davamında İsrailin mülki olmayan hədəfləri və enerji infrastrukturunu vurmasının “təhlükəli eskalasiya” olduğu qeyd edilib.
İnqilab Keşikçiləri bu cür hücumların davam edəcəyi təqdirdə bölgədəki bütün enerji infrastrukturunun risk altında olacağını bildirib və ABŞ-ni də bu vəziyyətin məsuliyyət daşıyan tərəfi kimi göstərib.