İrandan Fransaya: Bu çirkin hərəkətlər cavabsız qalmayacaq!

İrandan Fransaya: Bu çirkin hərəkətlər cavabsız qalmayacaq!
Yayınlanma tarixi: 5.01.2023 10:52:00

Fransanın Tehrandakı səfiri Nikolas Roş “İranın məqam və müqəddəslərini, dini və milli dəyərlərini təhqir edən hərəkətə” cavab olaraq nazirliyə çağırılıb.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Fransanın Tehrandakı səfiri Nikolas Roş “İranın məqam və müqəddəslərini, dini və milli dəyərlərini təhqir edən hərəkətə” cavab olaraq nazirliyə çağırılıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Fransa səfirinə qəbuledilməz və təhqiredici hərəkətlərə görə kəskin etirazını bildirərək deyib:

"Fransa ifadə azadlığı bəhanəsi ilə digər müsəlman ölkələrinin və xalqlarının müqəddəs yerlərini təhqir etməyə haqq qazandıra bilməz".

Digər tərəfdən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Fransanın “Charlie Hebdo” jurnalında dərc olunan hörmətsiz karikaturaya reaksiya verib:

"Fransız jurnalının dini və siyasi xadim haqqında təhqiramiz karikaturalar dərc etməsi hörmətsizlikdir və bu jurnalın bu çirkin hərəkəti cavabsız qalmayacaq. 

Paris hökumətinin bu cür yersiz cəhdlərinin davam etməsinə imkan verməyəcəyik.

Onlar səhv yolu seçdilər. Biz bu jurnalı əvvəllər də sanksiyalar siyahısına daxil etmişdik".

GÜNÜN MANŞETLERİ