İrandan "danışıqlar"la bağlı MÜHÜM AÇIQLAMA

İrandan
Yayınlanma tarixi: 5/7/2026 11:18:38 AM

İrandan "danışıqlar"la bağlı MÜHÜM AÇIQLAMA

İslamazeri.com Mehr-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi danışıqların məcburiyyət və zorakılıqla heç bir əlaqəsi olmadığını vurğuladı.

Bəqayisosial media hesabı X vasitəsilə danışıqlar konsepsiyası ilə bağlı açıqlama verdi.

Bəqayi paylaşımında bildirdi ki, “Danışıqlar konsepsiyası mübahisənin həlli məqsədi ilə səmimi və dürüst müzakirə tələb edən bir prosesdir (Beynəlxalq Ədalət Məhkəməsi, 1 aprel 2011-ci il, 157-ci bənd). Buna görə də, danışıqlar üçün “mübahisə”, “məcburiyyət”, “şantaj” və ya “zor” deyil, “xoş niyyət” lazımdır.

Bəqayi əvvəllər də bildirmişdi ki, ABŞ danışıqları məcburiyyət kimi gördükcə, heç bir mənalı danışıqlar baş tutmayacaq.

GÜNÜN MANŞETLERİ