İran ABŞ-ı qınayır: Son hücumlar müharibə cinayətidir.
İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi ABŞ-ın İranın cənub və şərqindəki iki dəmir yolu körpüsünə hücumlarını "müharibə cinayətləri" adlandırıb.
İran Xarici İşlər Nazirliyi ABŞ-ın İranın cənub və şərqindəki iki dəmir yolu körpüsünə hücumlarını qətiyyətlə pisləyib.
Nazirlik yazılı açıqlamada hücumları "açıq-aşkar müharibə cinayəti" adlandırıb və əlavə edib ki, İran xalqı ölkənin ərazi bütövlüyünü, suverenliyini və milli təhlükəsizliyini qorumağa sadiqdir.
Bəyanatda qeyd olunub ki, ABŞ tərəfindən son 48 saat ərzində Hörmüz boğazında gəmilərlə bağlı iddia edilən hadisələr bəhanəsi ilə həyata keçirilən hücumlar Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin və Müharibənin dayandırılması haqqında Anlaşma Memorandumunun pozulmasıdır.
Nazirlik həmçinin Prezident Donald Tramp da daxil olmaqla ABŞ rəsmilərinin açıqlamalarını tənqid edərək, bu cür yanaşmaların Müharibənin dayandırılması haqqında Anlaşma Memorandumuna əməl edilmədiyini açıq şəkildə nümayiş etdirdiyini vurğulayıb.