İranda terrorçu dəstə ələ keçirilib

İranda terrorçu dəstə ələ keçirilib
Yayınlanma tarixi: 1/6/2023 11:00:39 AM

Əməliyyat nəticəsində terror təşkilatlarının xaricə yönəltdiyi dəstə üzvlərinə məxsus 6 avtomobil və 3 silah ələ keçirilib.

İran təhlükəsizlik qüvvələrinin Sistan və Bəlucistan əyalətində həyata keçirdiyi əməliyyatda terrorçu dəstə darmadağın edilib.

İslamazeri.com xəbər verir ki, Sistan-Bəlucistan polis rəisi general Məhəmməd Qənbəri bu gün mətbuat mənsublarına verdiyi açıqlamada, bu vilayətin mərkəzi olan Zahidan şəhərində həyata keçirilən uğurlu əməliyyat nəticəsində 9 terrorçunun yaxalandığını bildirib.

General Qənbəri, bu dəstənin bölgədə etibarsızlıq və qeyri-sabitlik yaratmağa çalışdığını açıqlayaraq deyib:

"Əməliyyat nəticəsində terror təşkilatlarının xaricə yönəltdiyi dəstə üzvlərinə məxsus 6 avtomobil və 3 silah ələ keçirilib".

GÜNÜN MANŞETLERİ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb
REGİON / TÜRKİYƏ

Türkiyədə təlim zamanı helikopter qəzaya uğrayıb

4/22/2026 2:22:00 PM
Sabahın hava proqnozu açıqlanıb
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu açıqlanıb

4/22/2026 1:04:38 PM