İranda Ekspertlər Məclisinin üzvü sui-qəsd nəticəsində qətlə yetirilib

İranda Ekspertlər Məclisinin üzvü sui-qəsd nəticəsində qətlə yetirilib
Yayınlanma tarixi: 26.04.2023 13:22:00

İranda Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymani qətlə yetirilib.

İranın şimalındakı Babolser şəhərində Ekspertlər Məclisinin üzvü Ayətullah Abbas Əli Süleymaninin qətlə yetirildiyi bildirilir.

İslamazeri.com "Mehr"ə istinadən xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən Mazəndaran qubernatorunun müavini Ruhullah Solqi Ayətullah Süleymaninin bu səhər sui-qəsd nəticəsində həyatını itirdiyini açıqlayıb.

"Silahlı şəxs təhlükəsizlik qüvvələrinin səyi ilə həbs edilib", - Solqi bildirib.

GÜNÜN MANŞETLERİ