İran və Suriyadan birgə bəyanat

İran və Suriyadan birgə bəyanat
Yayınlanma tarixi: 5.05.2023 14:02:01

İran prezidenti Seyid İbrahim Rəisi ilə Suriya rəsmiləri arasında keçirilən görüşlərdən sonra birgə bəyanat dərc olunub.

İslamazeri.com xəbər verir ki, İki günlük rəsmi səfər çərçivəsində paytaxt Dəməşqdə olan İran prezidenti İbrahim Rəisi Suriya prezidenti Bəşər Əsəd və digər Dəməşq rəsmiləri ilə görüşüb.

İkitərəfli münasibətlər və regional məsələlər üzrə danışıqlardan sonra birgə bəyanat qəbul edilib.

Bəyannamədə iki ölkənin milli suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünün qorunmasına hörmətlə yanaşmağın, siyasi, iqtisadi və konsulluq əməkdaşlığı vasitəsilə ikitərəfli əlaqələrin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Bəyanatın digər hissəsində isə “iki ölkə terrorizmlə mübarizə və Suriyanın yenidən qurulması istiqamətində birgə əməkdaşlığı davam etdirəcək” bildirilib.

Sionist rejimin Suriyaya qarşı həyata keçirdiyi hücumlar və bu rejim tərəfindən Colan təpələrinin işğalı pislənən bəyanatda, Suriyanın bu hücumlara layiqli cavab vermək üçün qanuni haqqı olduğu vurğulanıb.

Bəyannamənin digər hissəsində isə “Hər iki tərəf işğal olunmuş hesab edilən Suriya Ərəb Respublikasının ərazisində hər cür qanunsuz hərbi qüvvələrin mövcudluğunu pisləyir və Suriyanın milli suverenliyi və ərazi bütövlüyünün qorunmasının zəruri olduğunu vurğulayır", - qeyd olunub.

 

Qeyd edək ki, 13 ildən sonra Suriyaya ilk yüksək səviyyəli səfərini edən İran prezidenti İbrahim Rəisinin səfəri çərçivəsində Tehran ilə Dəməşq arasında 14 müqavilə imzalanıb.

İran prezidenti Seyid İbrahim Rəisi ilə Suriya rəsmiləri arasında keçirilən görüşlərdən sonra birgə bəyanat dərc olunub.

 

Az.rasthaber.com xəbər verir ki, İki günlük rəsmi səfər çərçivəsində paytaxt Dəməşqdə olan İran prezidenti İbrahim Rəisi Suriya prezidenti Bəşər Əsəd və digər Dəməşq rəsmiləri ilə görüşüb.

İkitərəfli münasibətlər və regional məsələlər üzrə danışıqlardan sonra birgə bəyanat qəbul edilib.

Bəyannamədə iki ölkənin milli suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünün qorunmasına hörmətlə yanaşmağın, siyasi, iqtisadi və konsulluq əməkdaşlığı vasitəsilə ikitərəfli əlaqələrin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Bəyanatın digər hissəsində isə “iki ölkə terrorizmlə mübarizə və Suriyanın yenidən qurulması istiqamətində birgə əməkdaşlığı davam etdirəcək” bildirilib.

Sionist rejimin Suriyaya qarşı həyata keçirdiyi hücumlar və bu rejim tərəfindən Colan təpələrinin işğalı pislənən bəyanatda, Suriyanın bu hücumlara layiqli cavab vermək üçün qanuni haqqı olduğu vurğulanıb.

Bəyannamənin digər hissəsində isə “Hər iki tərəf işğal olunmuş hesab edilən Suriya Ərəb Respublikasının ərazisində hər cür qanunsuz hərbi qüvvələrin mövcudluğunu pisləyir və Suriyanın milli suverenliyi və ərazi bütövlüyünün qorunmasının zəruri olduğunu vurğulayır", - qeyd olunub.

Qeyd edək ki, 13 ildən sonra Suriyaya ilk yüksək səviyyəli səfərini edən İran prezidenti İbrahim Rəisinin səfəri çərçivəsində Tehran ilə Dəməşq arasında 14 müqavilə imzalanıb.

GÜNÜN MANŞETLERİ