İran və İraq neft sahəsində anlaşma memorandumu imzalayıb

İran və İraq neft sahəsində anlaşma memorandumu imzalayıb
Yayınlanma tarixi: 11.05.2023 17:22:41

Rəsmi təmaslar üçün Bağdada gedən İranın neft naziri Cevad Ovci İraqın baş naziri Məhəmməd Şia əs-Sudani ilə görüşüb.

İran və İraq arasında neft-kimya sənayesində və ümumilikdə neft sahəsində əməkdaşlığın artırılması üçün anlaşma memorandumu imzalanıb.

İslamazeri.com xəbər verir ki, rəsmi təmaslar üçün Bağdada gedən İranın neft naziri Cevad Ovci İraqın baş naziri Məhəmməd Şia əs-Sudani ilə görüşüb.

Görüş zamanı Tehran və Bağdad arasında etrokimya sənayesi sahəsində və ümumilikdə neft sahəsində əməkdaşlığın artırılmasına dair anlaşma memorandumu imzalanıb.

Anlaşma memorandumu xam neft hasilatı və emalı, qazla əlaqəli texnologiyalar və neft-kimya sənayesi sahəsində əməkdaşlığı əhatə edir.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55