İran və Hindistanın müdafiə nazirləri görüşüb

İran və Hindistanın müdafiə nazirləri görüşüb
Yayınlanma tarixi: 28.04.2023 12:46:37

İran və Hindistanın müdafiə nazirləri görüşüb.

İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani Hindistanın paytaxtı Yeni Dehlidə hindistanlı həmkarı Rajenat Sinq ilə görüşüb.

İslamzeri.com xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Yeni Dehliyə səfər edən Məhəmməd Rza Aştiyani dünən Hindistanın müdafiə naziri Rajenat Sinq ilə görüşüb.

Aştiyani İran və Hindistan arasındakı tarixi və sivil ortaqlıqlara toxunaraq, iki ölkə arasındakı münasibətləri “dostluq” münasibəti olaraq adlandırıb.

İranlı nazir deyib:

"İki ölkənin yüksək səviyyəli siyasi liderlərinin iradəsi və dəstəyi bu tərəfdaşlıqlarla yanaşı, əlaqələrin daha da inkişafı üçün etibarlı əsas hesab olunur".

İran, Çin və Rusiya Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə təşkil edilən “Dəniz təhlükəsizlik kəməri” təliminə toxunan Aştiyani Hindistan Hərbi Dəniz Qüvvələrini bu təlimdə iştiraka dəvət edib.

GÜNÜN MANŞETLERİ