İran Türkiyəni təbrik edib

İran Türkiyəni təbrik edib
Yayınlanma tarixi: 15.05.2023 13:50:33

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkiləri ilə bağlı təbrik mesajı yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Twitter hesabından Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkiləri ilə bağlı açıqlama verib.

İslamazeri.com xəbər verir ki, Kənani paylaşımında bildirib:

“Bazar günü qonşu müsəlman ölkəsində keçirilən prezident və parlament seçkilərində türk xalqının yüksək fəallığı və seçkilərin uğurla keçirilməsi demokratiyanın qələbəsinin təzahürüdür.

Bu qələbə münasibətilə Türkiyə xalqını, seçki təşkilatçılarını, ölkə rəhbərlərini və siyasi partiyalarını təbrik edir, onlara uğurlar arzulayırıq”.

GÜNÜN MANŞETLERİ