İran Hörmüz boğazında üç ABŞ hərbi gəmisini hədəfə alıb.
İslamazeri.com xəbər verir ki, Tasnim xəbər agentliyi İran donanmasının Hörmüz boğazında üç ABŞ hərbi gəmisinə hücum etdiyini bildirib.
Tasnim mənbələrə istinadən bildirib ki, İran donanması Hörmüz boğazı bölgəsində üç ABŞ esminesini dron və raketlərlə hədəfə alıb.
Məruzədə ABŞ hərbi gəmilərinin hücumdan sonra Oman körfəzinə doğru geri çəkildiyi bildirilir və əlavə olunur: “Hörmüz boğazı bölgəsindəki üç Amerika esminesi İran donanması tərəfindən hədəfə alınıb. ABŞ esmineslərinə hücum raket və dronlardan istifadə etməklə həyata keçirilib.”
Hücumdan sonra ABŞ esmineslərinin ərazini tərk etdiyi və Oman körfəzinə doğru yenidən yerləşdirildiyi bildirilir.