İran: Hörmüz boğazında dörd gəmi dayandırılıb.
İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazından keçməyə çalışan dörd gəminin raket və dronlardan istifadə etməklə birgə əməliyyatda dayandırıldığını açıqlayıb.
İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı açıqlamasında son saatlarda Hörmüz boğazında dörd gəminin saxlanıldığını açıqlayıb.
Bəyanatda deyilir: "Son saatlarda ABŞ terror ordusunun dəstəyi ilə Hörmüz boğazından keçməyə çalışan dörd qanun pozucusu gəmi raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə birgə əməliyyat nəticəsində yerlərində saxlanılıb".
Bəyanatda həmçinin gəmi sahiblərinə çağırış edilib və deyilir: "Fars körfəzi ölkələrinin bəzi hökmdarları kimi ABŞ terror ordusunun əsassız dəstəyinə aldanmayın; İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına və bildirişlərinə qulaq asın".