İran: Hörmüz boğazı daha heç vaxt əvvəlki kimi olmayacaq!

İran: Hörmüz boğazı daha heç vaxt əvvəlki kimi olmayacaq!
Yayınlanma tarixi: 4/6/2026 12:35:46 PM

İran: Hörmüz boğazı bir daha heç vaxt əvvəlki kimi olmayacaq

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı Hörmüz boğazının, xüsusən də ABŞ və İsrail üçün heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacağını bildirib.

Bu barədə dəniz komandanlığının sosial media hesabında məlumat verilib.

Bəyanatda deyilirdi: "Hörmüz boğazı, xüsusən də ABŞ və İsrail üçün heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq".

İran rəsmilərinin bildirdiyinə görə, İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri "Fars körfəzi üçün yeni qayda" layihəsi üçün əməliyyat hazırlıqlarını başa çatdırmaq üzrədir.

Daha əvvəl bildirilmişdi ki, Hörmüz boğazından keçid üçün rüsumlar təklif edən qanun layihəsi 31 martda İran Parlamentində Milli Təhlükəsizlik Komissiyasından keçib.

Qanun layihəsinə "maliyyə qaydaları və ölkənin milli valyutası riala əsaslanan tranzit haqlarının tətbiqi; ABŞ və İsrailə tranzitin qadağan edilməsi; İrana qarşı birtərəfli sanksiyalarda iştirak edən ölkələrin qadağan edilməsi; İranın suveren rolunun və silahlı qüvvələrinin səlahiyyətlərinin həyata keçirilməsi; boğazların və dəniz nəqliyyatının təhlükəsizliyi; ətraf mühit məsələləri; və Omanla hüquqi əməkdaşlıq" kimi müddəalar daxil edilib.

GÜNÜN MANŞETLERİ

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib

4/6/2026 5:30:01 PM
Qəribabadidən Trampın təhdidlərinə CAVAB
REGİON / İRAN

Qəribabadidən Trampın təhdidlərinə CAVAB

4/6/2026 2:14:10 PM
İlham Əliyev və İrakli Kobaxidze arasında görüş
REGİON / GÜRCÜSTAN

İlham Əliyev və İrakli Kobaxidze arasında görüş

4/6/2026 2:08:43 PM