İran Xarici işlər naziri Abbas Əraqçi Oman paytaxtına gəlib.
İslamazeri.com xəbər verir ki, İran Xarici işlər naziri Abbas Əraqçi Oman paytaxtı Maskata gəlib.
O Maskat danışıqlarının başlanmasından öncə vurğulayıb ki, İran dialoqa açıq gözlərlə və xoş niyyətlə daxil olur, lakin öz hüquqları üzərində qətiyyətlə dayanır və davamlı razılaşma üçün qarşılıqlı hörmət və bərabər maraqları şərt hesab edir.
"İran ötən ilin hadisələrini unutmadan və hərtərəfli ayıq şəkildə diplomatiya yoluna qədəm qoyur. Biz qarşılıqlı əlaqəyə xoş niyyətlə daxil oluruq və eyni zamanda öz hüquqlarımızı qətiyyətlə müdafiə edirik.
Öhdəliklərə hörmət olunmalıdır. Mövqelərin bərabərliyi, qarşılıqlı hörmət və qarşılıqlı maraqlar sadəcə şüar deyil; bunlar qaçılmaz zərurət və davamlı bir razılaşmanın əsas sütunlarıdır.", -deyə Əraqçi bildirib.
