İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: Geri addım atmaq yoxdur

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: Geri addım atmaq yoxdur
Yayınlanma tarixi: 5/26/2026 11:40:16 AM

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: Geri addım atmaq yoxdur.

İslamazeri.com xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zolqader vəzifəyə başladıqdan bəri ilk ictimai mesajını verib.

Zolqader ilk ictimai çıxışında İranın geri çəkilməyəcəyini vurğuladı və düşmənin məqsədlərinin hərbi, diplomatik və xalq müqaviməti ilə puça çıxarıldığını bildirib.

İran təhlükəsizlik rəsmisi mövcud prosesdə milli birliyin və sosial həmrəyliyin strateji əhəmiyyətini vurğulayaraq ABŞ və sionist rejimin zülmkar siyasətinə qarşı ortaq mövqe tutmağa çağırıb.

İnqilab Keşikçilərinin keçmiş komandiri Zolqader, Ali Rəhbər Ayətullah Seyid Müctəba Xameneinin təsdiqi və Prezident Məsud Pəzaşkyanın qərarı ilə 24 martda Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

GÜNÜN MANŞETLERİ