İran: ABŞ itkilərini gizlədir

İran: ABŞ itkilərini gizlədir
Yayınlanma tarixi: 3/3/2026 5:41:58 PM

"ABŞ itkilərini gizlədir"

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (Sepah) sözçüsü, briqada generalı Əli Məhəmməd Naini “Həqiqi Vəd 4” əməliyyatının hərbi nəticələrini ictimaiyyətlə bölüşüb.

Naini bildirib ki, toqquşmaların hələ ilk iki günündə keçirilən əməliyyatlarda ölən və yaralanan amerikalıların sayı ümumilikdə 650-yə çatıb.

Naini Vaşinqton administrasiyasının döyüş itkilərini gizlətmək strategiyası apardığını qeyd edərək deyib: “Amerikalıların bu həqiqəti ört-basdır etməsi və inkar etməsi gözlənilən haldır. Lakin həm texniki kəşfiyyat izləmələrimiz, həm də sahədəki əməliyyat mövcudluğumuz vasitəsilə əldə etdiyimiz məlumatlar aydındır. Təkcə Bəhreyndəki bir Amerika hərbi bazasına təşkil edilən hücumda 160 ABŞ əsgərinin öldüyünü və ya yaralandığını dəqiq müəyyən etmişik.”

Əməliyyatın miqyası ilə bağlı texniki detalları paylaşan briqada generalı Naini son günlərdə onlara məxsus raket və pilotsuz uçuş aparatlarının (PUA) Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahını dəfələrlə vurduğunu bildirib.

GÜNÜN MANŞETLERİ