İran ABŞ-ın Suriyadakı Əl-Tanf bazasını hədəfə alıb.
İslamazeri.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Nəsr-2 əməliyyatı çərçivəsində ABŞ-ın Suriyadakı Əl-Tanf bazasını hədəfə alıb.
İİKK 19-cu kommünikesində Nəsr-2 əməliyyatı çərçivəsində Suriyanın Əl-Tanf bölgəsindəki ABŞ xüsusi əməliyyatlar komandanlıq mərkəzinə gözlənilməz hücum elan edib.
Kommünikedə hücumun İranşəhrın Bampur bölgəsində şəhid olan əsgərlərin qisası olaraq həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, Nəsr-2 əməliyyatının on birinci dalğası çərçivəsində Aerokosmik Qüvvələrin elementləri tərəfindən həyata keçirilən bu hücumda ABŞ hərbi radar sistemi və xüsusi əməliyyatlarda istifadə edilən çoxsaylı helikopterlər məhv edilib.
Kommünikedə həmçinin əməliyyat nəticəsində bir çox ABŞ əsgərinin öldürüldüyü bildirilib.
İİKK Hörmüz boğazına tam nəzarəti saxladığını bir daha təkrarlayıb və ABŞ "pis niyyətli fəaliyyətlərini" davam etdirdiyi müddətcə bölgədən neft və təbii qaz daşınmalarının dayandırılacağını vurğulayıb.