İran ABŞ-dan FİFA-ya şikayət etdi - SƏBƏB

İran ABŞ-dan FİFA-ya şikayət etdi - SƏBƏB
Yayınlanma tarixi: 28.11.2022 10:13:32

İran futbol federasiyası FİFA-ya göndərdiyi email-də Amerika futbol federasiyasının İran bayrağının görünüşünü dəyişdirməsini pisləyib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki,  Amerika futbol federasiyasının instaqram səhifəsi  “Allah” simvolunu İran bayrağından silməsi, İran tərəfinin etirazına səbəb olub.

İranın futbol federasiyası FİFA-ya göndərdiyi email-də Beynəlxalq Futbol Federasiyasının Amerika futbol federasiyasına xəbərdarlıq etməsi və bu federasiya ilə ciddi davranmasını tələb edib.

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının davamında İran və Amerikanın yığma komandaları çərşənbə axşamı günü qarşılaşacaqlar.

İran tərəfi qeyd edir ki, Beynəlxalq Futbol Federasiyası- FİFA-nın əsasnaməsinin on üçüncü fəslinin birinci bəndinə əsasən, hər bir şəxs və ya orqan, federasiyaya üzv ölkələrdən birinin dini və milli nişanələrinə hörmətsizlik və təcavüz edərsə, minimum on oyun keçirməkdən məhrum olacaq.

Qeyd edək ki, ABŞ futbol federasiyası bu "səhvi"ni artıq səhifədən silib.

GÜNÜN MANŞETLERİ

Ailədə gözəl əxlaq
DİN

Ailədə gözəl əxlaq

3.02.2023 18:03:51
Son sutkadakı yoluxma sayı açıqlanıb
ÖLKƏ / SƏHİYYƏ

Son sutkadakı yoluxma sayı açıqlanıb

3.02.2023 17:47:06
Kərbəladan gözəl görüntülər - FOTO
DÜNYA / İSLAM DÜNYASI

Kərbəladan gözəl görüntülər - FOTO

3.02.2023 16:05:58
Tarif Şurasının səlahiyyətləri artırılıb
ÖLKƏ / SİYASƏT

Tarif Şurasının səlahiyyətləri artırılıb

3.02.2023 14:28:43