İordaniyada İsrail əleyhinə etiraz aksiyası keçirilib

İordaniyada İsrail əleyhinə etiraz aksiyası keçirilib
Yayınlanma tarixi: 1/21/2023 2:02:26 PM

Siyasi partiyaların çoxlu üzvləri və İordaniya xalqı bu ölkənin paytaxtı Ammanda sionist səfirliyi qarşısında etiraz toplantısı keçirərək, Məscidül-Əqsa və fələstinlilərə dəstək nümayiş etdirib.

İslamazeri.com xəbər verir ki, İordaniya siyasi partiyalarının nümayəndələri və fəalları cümə günü Ammandakı sionist səfirliyi qarşısında Məscidül-Əqsa və işğal olunmuş Qüdsdəki fələstinlilər qarşısında şüarlar səsləndirərək, bu rejimlə müqavilələrin imzalanmasını pisləyiblər.

Qeyd edək ki, cümə axşamı gecəsi sionist mühacirlərin Talmud ayinini yerinə yetirmək üçün Əl-Əqsa məscidi yaxınlığındakı Babul-Əmud bölgəsində toplanan İsrail qüvvələri fələstinliləri döyüb.

GÜNÜN MANŞETLERİ