İntensiv yağıntılar sabah da davam edəcək

İntensiv yağıntılar sabah da davam edəcək
Yayınlanma tarixi: 3/27/2026 4:39:10 PM

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

İslamazeri.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

GÜNÜN MANŞETLERİ

Sabahın HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Sabahın HAVA PROQNOZU

6/12/2026 12:43:08 PM
İran ABŞ-la razılaşma iddialarını təkzib edib
REGİON / İRAN

İran ABŞ-la razılaşma iddialarını təkzib edib

6/12/2026 11:44:42 AM
İsrail Livanda 3 711 nəfəri qətlə yetirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda 3 711 nəfəri qətlə yetirib

6/12/2026 11:10:01 AM