İngiltərədə 70 yaşlı müsəlman kişi küçədə yandırılıb

İngiltərədə 70 yaşlı müsəlman kişi küçədə yandırılıb
Yayınlanma tarixi: 24.03.2023 16:59:53

İngiltərədə 70 yaşlı müsəlman kişi küçədə yandırılıb.

İngiltərənin Birmingem şəhərində yaşlı müsəlman vətəndaşa hücum edilib və kimsə onu yandırmağa cəhd edib.

İslamazeri.com xəbər verir ki, “Əl-Cəzirə”nin xəbərinə görə, bu müsəlman vətəndaş məsciddən evə qayıdarkən, kimsə ona hücum edib və üzərinə tez alışan materiallar səpərək yandırıb.

Bu hücum Britaniyanın paytaxtı Londonda oxşar hücumdan bir neçə həftə sonra baş verib.

Bazar ertəsi axşam Birmingem şəhərində baş verən bu hadisənin videosu sosial mediada geniş şəkildə paylaşılıb.

Hadisə ilə bağlı videoda gəncin təxminən 70 yaşlı yaşlı müsəlmanla mübahisə etməsi, daha sonra isə qocanı yandırması əks olunub.

Bu hadisədən sonra ağır yaralanan bu müsəlman vətəndaş çətinliklə xəstəxanaya çatdırılıb.

Birmingem polis rəisi araşdırmaya başlandığını və müstəntiqlərin hücumçunun motivini araşdırdıqlarını bildirib.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55