İmam Hüseyn (ə) hərəminin dəstəyilə 56 min insana pulsuz tibbi xidmət göstərilib

İmam Hüseyn (ə) hərəminin dəstəyilə 56 min insana pulsuz tibbi xidmət göstərilib
Yayınlanma tarixi: 5.12.2022 16:10:07

Qurum tərəfindən göstərilən pulsuz tibbi xidmətlərin dəyərinin 12 milyard dinar təşkil etdiyi bildirilib.

İmam Hüseyn (ə) hərəminin Səhiyyə və Tibbi Təhsil İdarəsi 2021-ci ilin avqustunda - açıldığı gündən indiyədək şişlərin müalicəsi üçün "Varis Beynəlxalq Fondu" vasitəsilə bütün vətəndaşlara göstərilən pulsuz tibbi xidmətlərin sayını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, bu barədə İmam Hüseyn hərəminin mətbuat xidməti məlumat yayıb.

İraq hakimiyyətinin nümayəndəsi və İmam Hüseyn (ə) hərəminin Baş katibi Şeyx Əbdülmehdi əl-Kərbəlayinin göstərişlərinə əsasən, Şişlərin müalicəsi üçün "Peyğəmbərlərin Varisləri" Fondu fəaliyyətə başladığı gündən bəri ən yaxşı sağlamlıq, tibbi və maarifləndirmə xidmətlərini təqdim etməyə davam edir.

Qurumun fəaliyyətə başlamasından bəri qəbul edilən xəstə sayının 56 min nəfərə çatdığı bildirilib.

Qurum tərəfindən göstərilən pulsuz tibbi xidmətlərin dəyərinin 12 milyard dinar təşkil etdiyi qeyd edilib.

Qeyd edilib ki, İmam Hüseyn (ə) ziyarətgahında Səhiyyə və Tibbi Təhsil İdarəsinə tabe olan Beynəlxalq Onkologiya Müalicəsi İnstitutu, ən yaxşı ixtisaslaşmış həkimlərin nəzarəti altında İraq və İraqdan kənar əyalətlərdən olan 12 yaşından kiçik xərçəngli uşaqları pulsuz qəbul etməyə və müalicə etməyə davam edir.

GÜNÜN MANŞETLERİ

Tarif Şurasına yeni səlahiyyət verilib
ÖLKƏ / SİYASƏT

Tarif Şurasına yeni səlahiyyət verilib

8.02.2023 13:42:16
Suriyada matəm elan edilib
DÜNYA / İSLAM DÜNYASI

Suriyada matəm elan edilib

8.02.2023 12:45:55