İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub
Yayınlanma tarixi: 4/6/2026 12:00:01 PM

İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub.

Tbilisidə aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.

İslamazeri.com xəbər verir ki, söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunulub.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edilib.

Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulanıb.

Azərbaycan və Gürcüstan prezidentləri ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını bildiriblər, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra dövlət başçısı xatirə kitabına ürək sözlərini yazıb.

GÜNÜN MANŞETLERİ

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib
ÖLKƏ / MÜNASİBƏT

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib

6/11/2026 5:25:22 PM
Hizbullah CNN-in iddialarını rədd edib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah CNN-in iddialarını rədd edib

6/11/2026 4:00:47 PM
Vens: Netanyahu davamlı səhvlər edir
DÜNYA / MARAQLI

Vens: Netanyahu davamlı səhvlər edir

6/11/2026 1:26:15 PM