İlham Əliyev Tokayevi təbrik edib

İlham Əliyev Tokayevi təbrik edib
Yayınlanma tarixi: 5/17/2023 12:48:55 PM

İlham Əliyev Tokayevi təbrik edib.

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.

İslamazeri.com xəbər verir ki, dövlət başçısı Kasım-Jomart Tokayevi yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, Qazaxıstanın inkişafı və firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti bu ilin aprelində Qazaxıstana səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, səfərin uğurla nəticələndiyini və ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

GÜNÜN MANŞETLERİ

Xanım Zeynəbin (s.ə) ziyarətnaməsi
DİN

Xanım Zeynəbin (s.ə) ziyarətnaməsi

2/13/2026 2:50:01 PM
Azərbaycanda külək güclənəcək - XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycanda külək güclənəcək - XƏBƏRDARLIQ

2/13/2026 1:04:03 PM
ABŞ İrana minlərlə Starlink terminalı keçirib
DÜNYA / SİYASƏT

ABŞ İrana minlərlə Starlink terminalı keçirib

2/13/2026 12:45:02 PM
5000-dən çox İŞİD üzvü Suriyadan İraqa gətirilib
DÜNYA / MARAQLI

5000-dən çox İŞİD üzvü Suriyadan İraqa gətirilib

2/13/2026 10:52:11 AM
Ayətul Kursi
DİN

Ayətul Kursi

2/13/2026 10:00:33 AM