İran prezidenti Seyid İbrahim Rəisi 23 may tarixində Məşhəd şəhərində dəfn ediləcək.
İslamazeri.com xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Möhsün Mənsuri məlumat verib.
“Ayətullah Rəisinin dəfn mərasimi cümə axşamı günü İmam Rza (ə) hərəmində baş tutacaq”, – deyə o qeyd edib.
Xatırladaq ki, mərhum prezident Rəisi əvvəllər Məşhəd şəhərindəki İmam Rza (ə) hərəm kompleksinin başçısı olub.