Hulusi Akarla İsrailin müdafiə naziri arasında telefon danışığı olub

Hulusi Akarla İsrailin müdafiə naziri arasında telefon danışığı olub
Yayınlanma tarixi: 11/30/2022 1:01:45 PM

Milli müdafiə naziri Hulusi Akar Fransanın müdafiə naziri Sebastyan Lekornu və İsrailin müdafiə naziri Benni Qantz ilə telefonla danışıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Akar və Lekornu telefon danışığında ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir H.Akar vəzifəsindən ayrılacağına görə vida etmək məqsədilə ona zəng edən israilli nazir Qantza da iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar və qarşılıqlı həssaslıqlara hörmət əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

H.Akar həmçinin ikitərəfli əlaqələrə verdiyi töhfəyə görə B.Qantza təşəkkür edib və ona cansağlığı, xoşbəxtlik və yeni siyasi fəaliyyətində uğurlar arzulayıb.

GÜNÜN MANŞETLERİ

İran üç ABŞ gəmisini batırdı
REGİON / İRAN

İran üç ABŞ gəmisini batırdı

3/28/2026 1:00:45 PM
Tramp: İran
DÜNYA / MARAQLI

Tramp: İran "Tramp boğazı"nı açmalıdır

3/28/2026 12:09:01 PM
Yəməndən İsrailə raket hücumu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəməndən İsrailə raket hücumu

3/28/2026 11:11:59 AM