Hikmət Hacıyev İran səfiri ilə görüşüb

Hikmət Hacıyev İran səfiri ilə görüşüb
Yayınlanma tarixi: 30.12.2022 10:28:04

Bu barədə İran Səfirliyinin sosial şəbəkələrdəki səhifələrində məlumat verilib.

 İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi ötən gün Azərbaycan Respublikasının prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşüb.

İslamazeri.com xəbər verir ki, bu barədə İran Səfirliyinin sosial şəbəkələrdəki səhifələrində məlumat verilib.

Məlumatda deyilir:

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi bugün Azərbaycan Respublikasının prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşüb. Görüşdə ikitərəfli münasibətlərdəki son proseslər, cari məsələlər, Cənubi Qafqaz və iki ölkə arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün əməli addımlar barədə müzakirə və fikir mübadiləsi aparılıb.”

GÜNÜN MANŞETLERİ