Hicablı basketbolçunun Fransada oynaması qadağan edilib

Hicablı basketbolçunun Fransada oynaması qadağan edilib
Yayınlanma tarixi: 3.02.2023 12:40:09

Fransada basketbol klubunun müsəlman qadın oyunçusu hicab geyindiyi üçün ölkəsinin oyunlarında iştirakına qadağa qoyulub.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, fransalı hakim, Salimata Sillanı Fransanın şimalındakı Escaudin şəhərində keçirilən turnirdə hicab geyindiyi üçün Aubervilliers basketbol klubundan diskvalifikasiya edib.

Fransanın “Le Parisien” qəzeti oyunların birindən əvvəl hakimin Sillanın hicabına görə ehtiyat oyunçular skamyasında qalmasını və oyuna girməməsini israr etdiyini açıqlayıb.

Silla fransız qəzetinə açıqlamasında hakimin qərarına görə özünü təhqir olunmuş və alçaldılmış hiss etdiyini, xüsusən də komanda yoldaşları ilə oyunda məşq edib və qalib gəlmək üçün çox çalışdığını bildirib.

"Aubervilliers" basketbol klubunun prezidenti "Sebastien-Marie Saint" mətbuata açıqlamasında Slimata Sillanın komandanın sütunlarından biri olduğunu təsdiqləyib. Həmçinin bildirib: "İnanamaq olmur ki, məmurlar onun oynamasına mane olublar".

2017-ci ildə Beynəlxalq Basketbol Federasiyası 2014-cü ilin sentyabrında Qətərin qadın yığmasının Asiya Oyunlarını tərk etməsindən sonra başlayan araşdırmadan sonra qadın oyunçuların matçlarda hicab geyinməsinə icazə vermək qərarına gəlib.

Fransa Basketbol Federasiyası və Fransa Futbol Federasiyası öz oyunlarında hicab geyinməyi qadağan edən yeganə iki idman qurumudur.

GÜNÜN MANŞETLERİ