Hərbi vəzifəlilər atış çalışmaları icra ediblər

Hərbi vəzifəlilər atış çalışmaları icra ediblər
Yayınlanma tarixi: 25.04.2023 15:49:15

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə yetirilir.

Toplanış zamanı hərbi vəzifəlilərə silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilib.

Həmçinin hərbi vəzifəlilər təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55