Hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək

Hərbi qulluqçular icbari narkoloji müayinədən keçiriləcək
Yayınlanma tarixi: 5/2/2023 10:51:53 AM

Baş nazir Əli Əsədovun imzaladığı qərarla "Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə" dəyişiklik edilib.

Nazirlər Kabineti hərbi qulluqçuların icbari narkoloji müayinədən keçirilməsi ilə bağlı qərar imzalayıb.

İslamazeri.com xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla "Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə" dəyişiklik edilib.

Qərara əsasən, “Narkoloji xidmət və nəzarət haqqında” qanunun 24.4-cü maddəsinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.

GÜNÜN MANŞETLERİ

Azərbaycana yay fəsli daxil olub
ÖLKƏ / MÜXTƏLİF

Azərbaycana yay fəsli daxil olub

6/21/2026 1:21:06 PM
Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib
REGİON / İRAN

Pezeşkiyan Pakistan nümayəndə heyətini qəbul edib

6/21/2026 11:00:06 AM
İran nümayəndə heyəti İsveçrədədir
REGİON / İRAN

İran nümayəndə heyəti İsveçrədədir

6/21/2026 10:21:43 AM
İsrailin dinc əhaliyə qarşı qırğını davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin dinc əhaliyə qarşı qırğını davam edir

6/20/2026 12:30:11 PM