Hərbçilərə vəzifə və rütbəyə görə verilən ödənişin məbləğinin artırılması təklif olunur

Hərbçilərə vəzifə və rütbəyə görə verilən ödənişin məbləğinin artırılması təklif olunur
Yayınlanma tarixi: 2/27/2026 10:21:49 AM

Hərbçilərə tutduqları vəzifəyə, hərbi rütbələrə görə verilən ödənişin məbləğinin artırılması təklif edilir.

İslamazeri.com xəbər verir ki, bununla bağlı məsələ İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Belə ki, ombudsmanın təklifinə görə, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının məbləği artırılmalıdır.

Qeyd olunub ki, real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyasının məbləği də artırılmalıdır.

Sənəddə vurğulanıb ki, birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasınadək olan müddətdə Respublikanın ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında (2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və digər hərbi toqquşmalarda), həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi də vacibdir.

Həmçinin, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması da təklif olunur.

Bununla bərabər, Ombudsman "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsini də təklif edir.

GÜNÜN MANŞETLERİ

İmam Əli (ə) Ziyarətgahında iftar  - FOTOLAR
DÜNYA / İSLAM DÜNYASI

İmam Əli (ə) Ziyarətgahında iftar - FOTOLAR

2/27/2026 11:40:31 PM
Maliki Barrakla görüşdü
DÜNYA / İSLAM DÜNYASI

Maliki Barrakla görüşdü

2/27/2026 8:00:01 PM
Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub
ÖLKƏ / HADİSƏ

Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub

2/27/2026 4:50:36 PM
Pakistan və Əfqanıstan arasında gərginlik artır: AÇIQ MÜHARİBƏ ELANI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Pakistan və Əfqanıstan arasında gərginlik artır: AÇIQ MÜHARİBƏ ELANI

2/27/2026 2:46:48 PM
Xocavənd şəhərində 792 ev təmir ediləcək
ÖLKƏ / MÜXTƏLİF

Xocavənd şəhərində 792 ev təmir ediləcək

2/27/2026 1:33:51 PM