Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub

Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub
Yayınlanma tarixi: 4/18/2026 10:40:16 AM

Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılmış kvota yeri dolub.

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən ayrılmış kvota yeri dolub.

“İslamazeri.com” xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

QMİ rəsmisi bildirib ki, Həcc üçün qurum 1150 kvota yeri ayırıb.

O qeyd edib ki, Həcc ziyarətinə yollanan azərbaycanlı zəvvarların ilk təyyarəsi mayın 17-də uçacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

GÜNÜN MANŞETLERİ

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib
ÖLKƏ / MÜNASİBƏT

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərilib

6/11/2026 5:25:22 PM
Hizbullah CNN-in iddialarını rədd edib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah CNN-in iddialarını rədd edib

6/11/2026 4:00:47 PM
Vens: Netanyahu davamlı səhvlər edir
DÜNYA / MARAQLI

Vens: Netanyahu davamlı səhvlər edir

6/11/2026 1:26:15 PM