Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Yayınlanma tarixi: 1/6/2023 4:22:39 PM

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

İslamazeri.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin dəyişəcəyi haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Şimal-şərq küləyi ayın 7-si axşamdan 9-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlaması ehtimalı var.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi yanvarın 7-si axşamdan 9-u gündüzədək bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.

Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.

GÜNÜN MANŞETLERİ

Reuters: Bəhreyndə mülki yaşayış məntəqəsini ABŞ vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Reuters: Bəhreyndə mülki yaşayış məntəqəsini ABŞ vurub

3/23/2026 10:00:48 AM
Ayətullah Sistanidən ÇOX ÖNƏMLİ BƏYANAT
DÜNYA / İSLAM DÜNYASI

Ayətullah Sistanidən ÇOX ÖNƏMLİ BƏYANAT

3/22/2026 12:36:37 PM