Hava proqnozu - 14.12.2022

Hava proqnozu - 14.12.2022
Yayınlanma tarixi: 12/13/2022 1:02:56 PM

Dekabrın 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq.

Qeyd olunub ki, gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir. Həmçinin cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu olacaq. Nisbi rütubət isə 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava, əsasən, yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

GÜNÜN MANŞETLERİ

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Hizbullahın Təl-Əvivdəki əməliyyatının DETALLARI

3/26/2026 3:28:44 PM
Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ
ÖLKƏ / MÜXTƏLİF

Sabahın hava proqnozu ilə bağlı XƏBƏRDARLIQ

3/26/2026 3:10:01 PM
Ağdamda mina partlayıb, xəsarət alan var
ÖLKƏ / HADİSƏ

Ağdamda mina partlayıb, xəsarət alan var

3/26/2026 2:52:17 PM