Hava proqnozu - 05.03.2023

Hava proqnozu - 05.03.2023
Yayınlanma tarixi: 3/4/2023 2:22:42 PM

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

GÜNÜN MANŞETLERİ

İsrail mediası: Minlərlə israilli təxliyə edilib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail mediası: Minlərlə israilli təxliyə edilib

3/18/2026 2:30:09 PM
Sabah 20 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 20 dərəcə isti olacaq

3/18/2026 1:02:04 PM