Hacı Şahinin vəfatından 3 il ötür

Hacı Şahinin vəfatından 3 il ötür
Yayınlanma tarixi: 3/2/2026 9:47:34 AM

Hacı Şahinin vəfatından 3 il ötür.

İslamazeri.com xatırladır ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin vəfatından üç il keçir.

İlahiyyatçı, din və ictimai xadim Hacı Şahin (Şahin Hüseyn oğlu Həsənli) 7 iyul 1974-cü ilə Bakı şəhərində dünyaya gəlib. O, Məşədi Dadaş məscidinin axundu, imam-camaatı, imam-cüməsi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023) olub. Habelə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023), QMİ-nin Qazılar Şurasının üzvü idi.

Hacı Azərbaycan, ərəb, fars və rus dillərini bilirdi. Uzun illər Həcc karvanına rəhbərlik edib və zəvvarlara xidmət göstərib. "Haradan başlamalı", "Yaradılışın hədəfi" və "Xoşbəxt ailə modeli" kitablarının müəllifidir.

Hacı Şahin 2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat edib. 48 yaşlı din xadimi Yasamal qəbiristanlığında dəfn olunub.

GÜNÜN MANŞETLERİ

BƏƏ-də İsrailin THAAD radarı məhv edilib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

BƏƏ-də İsrailin THAAD radarı məhv edilib

3/2/2026 1:00:01 PM
İran səfiri Azərbaycana təşəkkür edib
REGİON / İRAN

İran səfiri Azərbaycana təşəkkür edib

3/2/2026 11:47:56 AM