Gürcüstana sığınan ukraynalılar Tbilisidə aksiya keçirib

Gürcüstana sığınan ukraynalılar Tbilisidə aksiya keçirib
Yayınlanma tarixi: 10.10.2022 23:07:45

Aksiyaya Gürcüstanın müxalifət partiyalarının nümayəndələri də qoşulublar.

İslamazeri.com xəbər verir ki, Gürcüstan parlamentinin binası yaxınlığında Ukraynaya dəstək aksiyası keçirilib.

Aksiyanın təşkilatçıları Gürcüstanda yaşayan, bu gün öz ölkələrində baş verən hadisələrə, ağır vəziyyətə reaksiya verən Ukrayna vətəndaşları olub.

Aksiyaya Gürcüstanın müxalifət partiyalarının nümayəndələri də qoşulublar.

Onlar ümumi düşməni məğlub etmək üçün bu gün Ukraynanın daha çox dəstəyə ehtiyacının olduğunu bildiriblər.

Nümayişçilərin bir hissəsi Mixeil Saakaşvilini dəstəkləyən pankartlarla Rustaveli prospektinə gəliblər.

Onlar məhkum olunmuş keçmiş prezidentin azadlığa buraxılmasını tələb ediblər.

GÜNÜN MANŞETLERİ