Goranboyda qəbiristanlıqda 4 dəfə atəş açılıb, saxlanılan var

Goranboyda qəbiristanlıqda 4 dəfə atəş açılıb, saxlanılan var
Yayınlanma tarixi: 4/5/2023 10:14:56 AM

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "İslamazeri.com"a bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərkisilah edilib. İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbiristanlığa gəlmiş, orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb. Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir

GÜNÜN MANŞETLERİ

Qeyb dövründə bu duanı oxuyun!
DİN

Qeyb dövründə bu duanı oxuyun!

12/30/2025 11:24:13 AM
Bu gün bu iki rayonda işıq olmayacaq
ÖLKƏ

Bu gün bu iki rayonda işıq olmayacaq

12/30/2025 10:09:18 AM
Müsəlmana yardım etməyin savabı
DİN

Müsəlmana yardım etməyin savabı

12/29/2025 4:47:57 PM