Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır

Geomaqnit sahəsinin qeyri-stabil olacağı proqnozlaşdırılır
Yayınlanma tarixi: 5/15/2023 1:27:15 PM

Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Hesabat dövrü ərzində Günəşin aktivliyi əvvəlki tempdə davam edərək, 3 C sinifli və 3 M sinifli alışma baş verib.

Bu barədə "İslamazeri.com"a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, hazırda Günəşin səthində 7 ləkə qrupu və 109 ləkə var:

"Hesabat dövründə mayın 7-də və 9-da baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə hesabat dövrü ərzində geomaqnit sahəsi aktiv olub və həftə ərzində ardıcıl olaraq G1 səviyyəli qasırğalar qeydə alınıb. Hal-hazırda geomaqnit sahəsi sakitdir".

Bildirilib k, Günəş küləyinin sürətinin normala dönəcəyi, 12 mayda baş vermiş Tac Kütlə Atılmalarının təsiri ilə 16 maydan başlayaraq yenidən sürətlənəcəyi proqnozlaşdırılır:

"Geomaqnit sahəsinin 16 maydan başlayaraq proqnoz dövrünün sonunadək qeyri-stabil olacağı proqnozlaşdırılır".

GÜNÜN MANŞETLERİ

İran İsrailə hipersəs raket hücumu həyata keçirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailə hipersəs raket hücumu həyata keçirib

3/12/2026 6:13:18 PM
Rusiya İrana humanitar yardım göndərəcək
REGİON / RUSİYA

Rusiya İrana humanitar yardım göndərəcək

3/12/2026 4:00:41 PM
İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin Təhlükəsizlik Xidməti Şin Beti vurub

3/12/2026 3:10:01 PM
Təl-Əvivdə sirenalar susmur
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Təl-Əvivdə sirenalar susmur

3/12/2026 2:50:24 PM