Gəncə İH-nin qarşısında bir nəfər özünə xəsarət yetirib

Gəncə İH-nin qarşısında bir nəfər özünə xəsarət yetirib
Yayınlanma tarixi: 11/29/2022 2:13:40 PM

Həmin şəxslər polislə hər hansı bir mübahisə və ya münaqişə yaşamadan ərazini tərk etməyə başlayıblar

Noyabrın 29-da bir qrup şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşması ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək həmin şəxslərlə profilaktiki söhbət aparıb. Onlara İcra Hakimiyyəti rəhbərliyinin qəbul qaydaları xatırladılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, həmin şəxslər polislə hər hansı bir mübahisə və ya münaqişə yaşamadan ərazini tərk etməyə başlayıblar: "Əraziyə gələn vətəndaşlardan biri üzərində gətirdiyi kəsici alətlə qolunu kəsərək xəsarət yetirən zaman, polis əməkdaşları ona dərhal ilkin tibbi yardım göstərərək xəstəxanaya yola salıb".

GÜNÜN MANŞETLERİ

İran üç ABŞ gəmisini batırdı
REGİON / İRAN

İran üç ABŞ gəmisini batırdı

3/28/2026 1:00:45 PM
Tramp: İran
DÜNYA / MARAQLI

Tramp: İran "Tramp boğazı"nı açmalıdır

3/28/2026 12:09:01 PM
Yəməndən İsrailə raket hücumu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəməndən İsrailə raket hücumu

3/28/2026 11:11:59 AM