Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov deyib.
"Gələn ildən xəstəlik üçün alınan bülletenlər elektronlaşdırılacaq".
İslamazeri.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov deyib.
O bildirib ki, məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə iş aparılır:
"Qanunvericiliyə müvafiq dəyişiklər olacaq".
K.Əkbərov qeyd edib ki, sistem elektronlaşdırıldıqdan sonra işçilərin hər hansı xəstəlik və ya hamiləliyə görə alacaqları kağız sənədlər artıq elektron platformadan yönləndiriləcək.