Füzulidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb

Füzulidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb
Yayınlanma tarixi: 11/9/2022 10:35:51 AM

Füzuli rayonunun Arayatlı kəndində ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

GÜNÜN MANŞETLERİ

Şəban ayında ən üstün əməl
DİN

Şəban ayında ən üstün əməl

1/21/2026 9:20:01 AM
Ağsuda zəlzələ olub - AMEA
ÖLKƏ

Ağsuda zəlzələ olub - AMEA

1/21/2026 9:00:01 AM