Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb

Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb
Yayınlanma tarixi: 1/25/2023 5:00:50 PM

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Rahat gediş-gəlişin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissəsində təmir işləri icra olunur. Hazırda sözügedən hissəyə yeni asfalt-beton örtüyü döşənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "İslamazeri.com"a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissəsində hərəkət məhdudlaşdırılıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yol seçmələri xahiş olunur.

Xatırladaq ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissələrində qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilmişdir.

Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün salınması qərara alınmışdır.

GÜNÜN MANŞETLERİ

Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlanıb
ÖLKƏ / İQTİSADİYYAT

Azərbaycanın yarım illik büdcə göstəriciləri açıqlanıb

7/7/2026 11:10:25 AM
Bağçalara elektron qəbul başlayıb
ÖLKƏ / TƏHSİL

Bağçalara elektron qəbul başlayıb

7/7/2026 11:08:21 AM
ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb
ÖLKƏ / MÜXTƏLİF

ADY iyunda 1,6 milyon tondan çox yük daşıyıb

7/7/2026 10:20:20 AM