Fransada polis nümayişçilərə zorakılıq göstərir

Fransada polis nümayişçilərə zorakılıq göstərir
Yayınlanma tarixi: 3/24/2023 1:43:32 PM

Fransa polisi pensiya islahatlarına etiraz edən nümayişçilərə zorakılıq göstərməkdə davam edir.

İslamazeri.com xəbər verir ki, Fransada davam edən pensiya islahatına qarşı etirazın doqquzuncu günü polis və nümayişçilər arasında zorakılıqla yadda qalıb.

Həmkarlar İttifaqları martın 23-də 3,5 milyon nümayişçinin etiraz aksiyalarında iştirak etdiyini bildirsə də, Daxili İşlər Nazirliyi bu rəqəmin 1,1 milyon olduğunu qeyd edib.

Etirazın doqquzuncu günündə Paris şəhərindəki nümayiş polislə toqquşma ilə başlayıb. Respublika meydanında polis və nümayişçilər arasında toqquşma axşam saatlarında Opera məhəlləsində də davam edib. Polis nümayişçilərin arasında radikalların olduğu barədə məlumat yayıb. Bir çox şəhərdə tələbələr də nümayişçilərə qoşulub. Digər şəhərlərdə də polislə toqquşmaların olduğu bildirilir.

Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Ölkədə bütün nəqliyyat növləri iflic olub. Ölkədə tətillərə, bütün sahələri blokadaya almağa çağırışlar edilib.

Qeyd edək ki, Fransanın bütün şəhərlərində etiraz nümayişləri səngimədən davam edir.

GÜNÜN MANŞETLERİ

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...
REGİON / İRAN

Əraqçi: Vitkofla əlaqə saxlamamışam, yalandır...

3/17/2026 2:03:01 AM
 Amerikalı dəniz piyadalarını
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Amerikalı dəniz piyadalarını "ət maşını" gözləyir

3/17/2026 1:57:45 AM
İsrailin Qəzza qətliamı davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrailin Qəzza qətliamı davam edir

3/16/2026 5:34:50 PM
İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketləri Təl-Əvivi vurdu: 24 saat ərzində 142 nəfər yaralandı

3/16/2026 4:16:22 PM