Fövqəladə hallarla bağlı qərargah məşqi keçirilib

Fövqəladə hallarla bağlı qərargah məşqi keçirilib
Yayınlanma tarixi: 9/30/2022 4:27:51 PM

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində FHN-in Baş əməliyyat idarəsinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Regional Mərkəzin fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilib.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, məşqin keçirilməsində əsas məqsəd əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və operativ qərarların qəbul olunması və əhalinin vaxtında xəbərdar edilməsi üzrə şəxsi heyətin peşəkar vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ərazidə fəaliyyət göstərən qurumların fəaliyyətinin koordinasiyasının daha da yaxşılaşdırılması olub.

Məşq zamanı Mərkəzin əhatə etdiyi ərazilərdə baş vermiş şərti fövqəladə hadisə nəticəsində yaranmış şərait, cəlb olunan qüvvə və vasitələr barədə qərargaha əməliyyat məlumatları çatdırılıb. Həmçinin, keçirilən məşqdə yanğınların söndürülməsi, xilasetmə işlərinin aparılması, əhalinin köçürülməsi, zərərçəkmiş insanların həyat təminatının bərpası və digər zəruri məsələlərlə bağlı simulyasiya xarakterli tədbirlər görülüb.

GÜNÜN MANŞETLERİ

Qəzzada 10 uşaq soyuqdan can verdi
DÜNYA / İSLAM DÜNYASI

Qəzzada 10 uşaq soyuqdan can verdi

1/25/2026 10:37:50 AM
İmam Səccadın (ə) mövlud günüdür
DİN / MÖVLUDLAR

İmam Səccadın (ə) mövlud günüdür

1/25/2026 9:00:01 AM
Venesuela ssenarisi İranda mümkündürmü?
REDAKTORDAN

Venesuela ssenarisi İranda mümkündürmü?

1/24/2026 2:20:01 PM
Şəban ayında oruc tutmağın SAVABI
DİN

Şəban ayında oruc tutmağın SAVABI

1/24/2026 12:35:01 PM