Ali dini mərcə Ayətullah Üzma Seyid Əli Sistaninin xüsusi nümayəndə heyəti İranın Minab şəhərinə humanitar və mənəvi dəstək səfəri edib.
İslamazeri.com xəbər verir ki, Ayətullah Üzma Seyid Əli Sistaninin təşəbbüsü ilə bölgəyə ezam olunan nümayəndə heyəti ABŞ-ın hücumları zamanı həyatını itirən məsum insanların ailələrinə dəstək olub.
Hacı Fazil Avazın başçılıq etdiyi heyətin səfəri təkcə mənəvi təsəlli deyil, həm də konkret quruculuq işləri ilə yadda qalıb.
Ən diqqətçəkən məqam isə 168 günahsız qız uşağının şəhid olduğu məktəbin yenidən inşası ilə bağlı verilən qərardır.
Bu addım həm təhsilə verilən önəmi, həm də zülmə qarşı elmlə mübarizənin rəmzi mesajı kimi qiymətləndirilir.
Yerli əhali ilə sıx ünsiyyətdə olan nümayəndə heyəti şəhid ailələrinin ehtiyaclarını dinləyərək, onlara lazımi yardımları çatdırıb.