İmam Rza (ə) Ziyarətgahında qara bayraq qaldırıldı – FOTO
İslamazeri.com xəbər verir ki, İmam Rza (ə) Ziyarətgahında Məhərrəm ayının gəlişi ilə əlaqədar ənənəvi “Matəm icazəsi” ayini keçirilib.
Tədbirdə Astan-i Qüds Rəzəvinin mütəvəllisi Ayətullah Əhməd Mərvi və səkkizinci İmamın hərəminin bir qrup xadimi iştirak ediblər.
Qeyd edək ki, bu ənənəvi ayin çərçivəsində rəmzi olaraq Məhərrəm ayının matəm günlərinə start verilir və hərəmdə əzadarlıq dövrü rəsmən açıq elan olunur.