Müsəlman dünyası İslam tarixinin ən şanlı səhifələrindən olan mübarək Qədir-Xum bayramını qeyd edir.
İslamazeri.com xəbər verir ki, bayramın əsas mərkəzi isə hər il olduğu kimi, bu il də yenə müqəddəs Nəcəf şəhəridir.
Hazırda İmam Əlinin (ə) mübarək ziyarətgahında möhtəşəm bir bayram ab-havası yaşanır. Dünyanın dörd bir yanından gələn on minlərlə mömin və zəvvar Mövla Əlinin (ə) hərəminə axın edərək bu mübarək günü böyük bir mənəvi coşqu ilə qarşılayır.
Ziyarətgah daxilində və ətrafında qurulan xüsusi bayram kürsülərində tanınmış vaizlər Qədir-Xum hadisəsinin və imamət məqamının bəşəriyyət üçün önəmindən bəhs edir, İslam birliyinin əhəmiyyətini vurğulayırlar. Eyni zamanda, ustad şairlərin Həzrət Əlinin (ə) şəninə bəstələdikləri gur səsli mədhiyyə və şeirlər hərəmdəki bayram sevincini bir qat daha artırır. Güllərlə bəzədilmiş və ətir saçan müqəddəs məkanda zəvvarlara müxtəlif bayram hədiyyələri və şirniyyatlar paylanılır.