FHN: Ötən sutka 55 yanğına çıxış olub

FHN: Ötən sutka 55 yanğına çıxış olub
Yayınlanma tarixi: 3/6/2023 11:13:24 AM

Bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN Mətbuat xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 55 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 1-i azyaşlı olmaqla 6 nəfər, o cümlədən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində “VAZ-2107” markalı minik avtomobil ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində avtomobilllərdə sıxılmış vəziyyətdə qalan 2 nəfər xilas edilib.

GÜNÜN MANŞETLERİ

Sabah 20 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah 20 dərəcə isti olacaq

3/18/2026 1:02:04 PM
İran çoxbaşlı raketlərlə İsraildə 100-dən çox hədəfi vurub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran çoxbaşlı raketlərlə İsraildə 100-dən çox hədəfi vurub

3/18/2026 12:04:21 PM
İran kəşfiyyatı yüksək vəzifəli İsrail məmurunu məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran kəşfiyyatı yüksək vəzifəli İsrail məmurunu məhv edib

3/18/2026 11:39:13 AM